Xaçmazda yeni fındıq emalı zavodu istifadəyə veriləcək
Bakı, 5 aprel, AZƏRTAC
Xaçmazda yeni fındıq emalı zavodu istifadəyə veriləcək.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanda böyük ixrac potensialı olan aqrar sahələrdən biri də fındıqçılıqdır. Ölkədə müasir üsullardan istifadə etməklə fındıq istehsalının artırılması, məhsulun yeni bazarlara çıxarılması məqsədilə tədbirlər həyata keçirilir. Bu sahədə görülən işlərdən biri də yeni texnologiyalar əsasında fəaliyyət göstərən fındıq emalı müəssisələrinin yaradılmasıdır.
“AZNUTS” MMC-nin Xaçmaz rayonunun Xudat şəhərində tikilmiş fındıq emalı zavodu da belə müəssisələrdəndir. İldə 1,5 min ton qabıqlı fındıq emal etmək gücündə olan zavodda 30-dən çox iş yeri açılacaq. İnvestisiya dəyəri 2,7 milyon manat olan layihəyə İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi, Sahibkarlığın İnkişafı Fondunun xətti ilə 2 milyon manat güzəştli kredit verilib. Müəssisənin yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [19:03]
Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO
- 08.10.2026 [18:51]