Xaçmazın qar mənzərələri - FOTOREPORTAJ
Xaçmaz, 9 fevral, Elxan Yusifli, AZƏRTAC
Fevralın 8-i axşam saatlarından başlayaraq Azərbaycanın şimal bölgəsinə qar yağır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu dəfə qar ən çox Quba, Qusar və Xızı ərazisinə düşsə də, bölgənin digər rayonlarında da şaxtalı və qarlı hava şəraiti müşahidə olunur.
Xaçmazda 2 santimetr hündürlüyündə qar, mənfi 1 dərəcə şaxta qeydə alınıb. Qarın yağması yollarda avtomobillərin hərəkətini çətinləşdirsə də, park və xiyabanlarda gözəl mənzərə yaradıb.
AZƏRTAC bu gün Xaçmaz şəhərində çəkilən fotoları təqdim edir.