MƏDƏNİYYƏT
Xalça Muzeyində “Xalçalarda musiqi” adlı sərgi davam edir



Bakı, 22 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Xalça Muzeyində Milli Musiqi Günü çərçivəsində təşkil olunan “Xalçalarda musiqi” sərgisi davam edir.
AZƏRTAC xəbər verir ki, sərgidə qobelen üzrə tanınmış rəssam Pavel Kuzmenkonun milli musiqimizi tərənnüm edən bir neçə əsəri nümayiş olunur.
Pavel Kuzmenko musiqi mövzusunu öz yaradıcılığında sevərək təcəssüm etdirib. O, sərgidə yer alan “Musiqiçilər” əsərini Azərbaycan musiqisinə bəslədiyi xüsusi məhəbbətlə ərsəyə gətirib. Bu süjetli kompozisiyada musiqi ilə rəsmin, ahəngdar koloritin gözəl vəhdəti var. Eyni duyğu və hissləri incə stilizə, obrazın plastik həlli, xalça naxışları ilə işlənmiş “Kamançaçı” və eləcə də “Muğam sədası” qobelenlərində izləmək mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.12.2023 [17:46]
Emi Uaynhaus barədə filmin nümayiş etdiriləcəyi tarix bəlli olub
- 06.12.2023 [17:26]
Beynəlxalq Birləşmiş Xor Heydər Əliyev Sarayında çıxış edib
- 06.12.2023 [16:16]
Beynəlxalq Muğam Mərkəzində konsert - “Qəlbimizin səsi”
- 06.12.2023 [15:28]
Sietldə Aleksandr Kolderin böyük sərgisi açılır
- 06.12.2023 [15:15]
Azərbaycan xalqının qədim musiqi aləti olan balaban UNESCO-nun siyahısında
- 06.12.2023 [14:10]