Xalq artisti Rəmiş vəfat edib
Bakı, 5 aprel, AZƏRTAC
Tanınmış gitara ifaçısı, Azərbaycanın Xalq artist Rafiq Hüseynov (Rəmiş) vəfat edib.
Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən bildirilib. R.Hüseynov bu gün müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
Xatırladaq ki, 77 yaşlı gitaraçı yanvarın 28-də ağır vəziyyətdə xəstəxanaya gətirilib. O, qaraciyər çatışmazlığından əziyyət çəkirdi.
İlk musiqi təhsilini Üzeyir Hacıbəyli adına orta ixtisas musiqi məktəbində tar sinfində alan Rafiq Hüseynovun istedadı qısa bir vaxta onu böyük sənətkara çevirib. Rəmiş böyük sənətkarlarla qastrol səfərlərində, konsertlərdə olub. O, Xalq artistləri Qədir Rüstəmov, Rübabə Muradova, Yaqub Məmmədov, Səxavət Məmmədov və digərlərini müşayiət edib.
Allah rəhmət eləsin!
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [19:43]
Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb
- 08.10.2026 [19:02]
Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb
- 08.10.2026 [17:48]
Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək
- 08.10.2026 [17:16]