XALQ ARTİSTİ SARA QƏDİMOVA ...
SƏNƏDLİ FİLMDƏ
Mahnı və muğamlarımızın mahir ifaçısı, milli musiqimizin inkişafında böyük xidmətləri olan Sara Qədimova haqqında “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində ilk sənədli filmin çəkilişinə geniş hazırlıq işləri görülür.
Birlikdən AZƏRTAC-ın müxbirinə demişlər ki, sənədli filmdə xalq artisti Sara Qədimovanın sənətə sədaqət nümunəsi olan yaradıcılıq yolu, füsunkar Qarabağ təbiətinin zənginliyi ilə köklənmiş ecazkar səsi sayəsində yeni həyat verdiyi, musiqi ifaçılığımızın qızıl fonduna həmişəlik daxil edilmiş mahnı və muğamlarımız, milli operamızın səhnəsində yaratdığı, mədəniyyət tariximizdə silinməz izlər qoymuş unudulmaz obrazları, eyni zamanda müğənninin xarici qastrol səfərləri öz əksini tapacaqdır.
Qeyd edilib ki, filmdə istifadə olunacaq arxiv materiallarının, lent yazılarının toplanması işi artıq başa çatıb.
Filmin quruluşçu rejissoru Elçin Musaoğlu, ssenari müəllifi Kamil Şahverdi və operatoru Elxan Nəbiyev yaxın günlərdə böyük sənətkara həsr olunmuş sənədli filmin çəkilişinə başlayacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [15:10]
Şuşanın Qarabağ küçəsi: Otuz illik həsrətdən sonra doğma ocağa qayıdış
- 10.08.2026 [14:55]
Mədəniyyət naziri Laçında vətəndaşların müraciətlərini dinləyəcək
- 10.08.2026 [12:57]
Səsi ilə yaddaşlarda yaşayan sənətkar – Qəndab Quliyeva
- 10.08.2026 [12:53]
“Tanrının Zirehi: Ultimatum” filminin Azərbaycanda çəkilişləri davam edir
- 10.08.2026 [12:12]
Ankarada III Beynəlxalq Türk dünyası festivalı təşkil olunub
- 10.08.2026 [11:05]
Sözün illüstrasiya naxışı: Kazım Kazımzadənin yaradıcılıq dünyası
- 09.08.2026 [14:26]