Xalq Şairi Məmməd Arazın 80 illik yubileyinə həsr edilmiş şeir müsabiqəsi başa çatmışdır
Bakı, 19 noyabr (AZƏRTAC). Səbail Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialında Xalq Şairi Məmməd Arazın 80 illik yubileyi münasibətilə oxucular arasında şeir müsabiqəsinin rayonlararası final mərhələsi keçirilmişdir.
Kitabxanadan AZƏRTAC-a bildirmişlər ki, müsabiqədə Bakı şəhər rayonlarının mərkəzləşdirilmiş kitabxana sistemlərinin oxucuları iştirak etmişlər. İştirakçıların çıxışları seçdikləri əsərlərin mətni, ifadə tərzinin obrazlılığı, mətnlərin dərindən dərk edilməsinə görə dəyərləndirilmiş və hər bir iştirakçı münsiflər heyəti tərəfindən 10 ballıq sistemlə qiymətləndirilmişdir.
Müsabiqənin şərtlərinə əsasən Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan kitabxanaların gənc oxucuları arasından 2 nəfər qalib müəyyən edilmişdir.
Müsabiqənin əsas məqsədi uşaqlar arasında mütaliənin təbliği, uşaq və gənclərdə müasir Azərbaycan və dünya ədəbiyyatına marağı artırmaq, uşaqlarda mütaliə vərdişlərinin inkişaf etdirilməsi və əsasən də istedadlı uşaqları aşkarlamaqdan ibarətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [10:57]
Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub
- 15.06.2026 [07:04]