XALQ YAZIÇISI RÜSTƏM İBRAHİMBƏYOVA HƏSR OLUNMUŞ FİLM ÇƏKİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Dövlət mükafatı laureatı, xalq yazıçısı Rüstəm İbrahimbəyov haqqında tammetrajlı bədii-sənədli film çəkiləcəkdir.
Filmin rejissoru Cahangir Mehdiyevdir. "Rüstəm İbrahimbəyov-70" adlanan filmdə Oskar mükafatına layiq görülən yeganə azərbaycanlı kinorejissorun beynəlxalq nüfuzu və Azərbaycan kinematoqrafiyasındakı xidmətləri ilə yanaşı, həyatı, ailəsi və s. də əks olunacaqdır.
Çəkilişləri Azərbaycanda və xaricdə aparılacaq filmin təqdimatı bu ilin dekabrında keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [10:57]
Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub
- 15.06.2026 [07:04]