“XALQBANK” İPOTEKA KREDİTİ ALMAĞI ASANLAŞDIRMIŞDIR
Hesabı açdırmaq üçün 200 AZN (ABŞ dolları, avro) kifayətdir. 12 ay müddətinə açılan bu hesabı digərlərindən fərqləndirən cəhət odur ki, burada müştəri hesablanacaq faiz dərəcəsini özü seçir. Bu rəqəm 10-12 arasında dəyişə bilər və seçilən məbləğ gələcəkdə həmin müştərinin ödəyəcəyi ipoteka faizinə bərabər olacaqdır.
Bundan əlavə, “ipoteka əmanətçisi”nin kredit ərizəsinə növbədənkənar baxılacaq və o, bir sıra komission xərclərdən azad ediləcəkdir. Əmanətin şərtlərinə görə, müştəri ilkin əmanət məbləğinə müddətin sonunacan əlavələr edə bilər.
Müddətin sonunda müştərinin istəyi ilə vaxtın uzadılması mümkündür. Yeri gəlmişkən, bank qaydalarına əsasən, əmanətçi pulunu vaxtından əvvəl götürərsə, bu zaman bank faizləri tam ödəmir. Lakin “XalqBank”ın bu əmanətində hesablanmış bütün faizlər saxlanılır. Bununla belə, burada bir şərtə əməl olunmalıdır: bu məbləğ bankdan ipoteka kreditinin götürülməsi üçün xərclənməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:32]
Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik
- 12.10.2026 [18:31]
Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb
- 12.10.2026 [18:27]
Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb
- 12.10.2026 [18:24]
AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
- 12.10.2026 [18:12]
Doqquz ayda 620 dövlət standartı qəbul edilib
- 12.10.2026 [17:28]