Xalqın tükənməz sevgisini qazanan Heydər Əliyevin adı xatirələrdə Azərbaycanın Ümummilli Lideri kimi yaşayır
Ankara, 11 may, AZƏRTAC
Türkiyənin Anadolu Agentliyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-cü ildönümü münasibətilə infoqrafika yayıb.
AZƏRTAC xəbər verir ki, “Azərbaycanın memarı Heydər Əliyev” sərlövhəsi ilə hazırlanan infoqrafikada Ulu Öndərin fotosu və anadan olma tarixindən vəfatınadək illər üzrə həyatının mühüm hadisələri əksini tapıb. Türkdilli oxuculara çatdırılan məlumatlar bioqrafik xarakter daşıyır. İnfoqrafikanın əvvəlində yazılır: “Heydər Əliyev müstəqillikdən sonra vətəndaş müharibəsi təhlükəsi, Dağlıq Qarabağ müharibəsi və iqtisadi böhranla üz-üzə qalan Azərbaycanda rəhbərliyə gələrək ölkəsinin suverenliyinə və iqtisadi inkişafına qapılar açdı”.
Hazırlanan məzmunlu sənət əsəri Ümummilli Liderimizin zəngin mənalı həyat və fəaliyyətini tərənnüm edir. Diqqətə çatdırılır ki, həm keçmiş sovetlər birliyi vaxtında, həm də müstəqillik dövründə xalqının tükənməz sevgisini qazanan Heydər Əliyev xatirələrdə Azərbaycanın Ümummilli Lideri kimi yaşayır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 11.06.2026 [19:08]
Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar
- 11.06.2026 [17:57]
Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb
- 11.06.2026 [17:37]