Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xarici diplomatlar Tərtər və Ağdamda ermənilər tərəfindən atəşə tutulan kəndlərdə olublar [YENİLƏNİB] VİDEO

Ağdam, 6 may, Tahir Ağaməmmədov, AZƏRTAC

Ermənistan silahlı bölmələrinin yaşayış məntəqələrinə şiddətli artilleriya atəşi nəticəsində mülki əhaliyə dəyən ziyanın nəticələri ilə yerində tanış olmaq üçün ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Xarici İşlər Nazirliyinin (XİN) təşkilatçılığı ilə cəbhənin Ağdam və Tərtər istiqamətində səfəri təşkil olunub.

AZƏRTAC xəbər verir ki, diplomatlar əvvəlcə Tərtərin Qapanlı kəndinə gəliblər. Burada onları Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qarşılayıb. M.Məmmədov nümayəndə heyətinə cəbhədə baş verən son atışmalar zamanı dinc əhalinin üzləşdiyi çətinliklər, ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər barədə məlumat verib. Bildirilib ki, rayonun ərazisi 48 kilometr təmas xəttində yerləşir. Aprel ayı ərzində erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində rayonun təmas xəttinə yaxın, eləcə də təmas xəttindən 15-20 kilometr məsafədə yerləşən 17 yaşayış məntəqəsi ağır artilleriya atəşinə məruz qalıb. Nəticədə yüzlərlə evə, 4 məktəbə, 2 həkim məntəqəsinə, 1 uşaq bağçasına ziyan dəyib. 7 nəfər mülki şəxs yaralanıb, 2 nəfər məcburi köçkün dünyasını dəyişib. Atəşkəsin pozulması nəticəsində məcburi köçkünlərin yaşadığı 52 ev dağılıb, nəticədə 198 nəfər bir daha evsiz qalıb. Rayonun Şıxarx, Çaylı və Həsənqaya kəndlərində məcburi köçkünlərin kompakt yaşadığı ərazilərdə elektrik təsərrüfatına, kommunikasiya xətlərinə və kənd təsərrüfatına da ciddi ziyan dəyib.

Qeyd edilib ki, kənd təsərrüfatı rayonu olan Tərtərdə 31 min 600 hektar əkin sahəsi müharibədən əvvəl Sərsəng su anbarından gələn su vasitəsilə suvarılırdı. İndi isə ermənilər əkinlərin suvarmaya ehtiyacı olduğu vaxtda suyun qarşısını kəsirlər. Bundan başqa yer şumlanması, taxıl biçini vaxtı kombaynlar, traktorlar atəşə tutulur.

Sonra ermənilərin atdığı mərmilər nəticəsində kənd sakinləri İlqar Əsgərovun, Elnur Məmmədovun, Əli İsmayılovun, Abbas Abbasovun dağılan evlərinə baxış keçirilib.

Diplomatlara erməni əsirliyində olan Şahbaz Quliyevin anasının evi də göstərilib. Bildirilib ki, Şahbaz Quliyev və Dilqəm Əsgərov 2014-cü ilin iyulunda doğma torpaqlarını ziyarət edən zaman Ermənistan tərəfindən qanunsuz olaraq girov götürülüblər. Onlar hələ də düşmən əsirliyindədirlər.

Sakinlər görüşdə xarici diplomatlara kəndin ətrafına çəkilən istinad divarı barədə də məlumat verilib. Bildirilib ki, əhali kənddə öz evlərində yaşasa da, ermənilər onları atəşə tuturlar. Buna görə də mülki əhalini qorumaq üçün kənddə 4 metr hündürlükdə istinad divarları çəkilib. Buna baxmayaraq, düşmən artilleriyadan atəş açaraq yerli əhalini hədəfə alır.

Kənd sakini Lətif Həmidov deyib: “Biz öz doğma torpağımızda güllə-boran altında yaşayırıq. Buna baxmayaraq, heç birimiz torpağımızı tərk etməmişik. Erməni hərbi birləşmələri ağır artilleriyadan atəş açaraq, daha böyük fəsadlar törədir. Əhali arasında həlak olan və yaralananlar var. Düşmən bizi öz torpağımızda güllə-borana tutur. Lakin heç bir beynəlxalq təşkilat buna münasibət bildirmir. Nə vaxtadək belə davam edəcək? Artıq bizim də səbrimiz tükənir. İşğalçıya öz yerini göstərməyin vaxtı çatıb”.

Daha sonra Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Ağdam rayonunun qoşunların təmas xəttində yerləşən Sarıcalı kəndinə gəliblər. Onlar burada Ermənistan ordusunun vəhşilikləri nəticəsində yaranmış vəziyyətlə tanış olublar. Kənd tam orta məktəbin ziyan dəymiş binasına baxış zamanı Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov bildirib ki, aprelin 2-də Ermənistan silahlı bölmələrinin şiddətli artilleriya atəşi nəticəsində binaya ciddi ziyan dəyib. Mərmilər şənbə günü günortadan sonra binaya düşdüyündən xəsarət alan olmayıb. Məktəbin binasının dam örtüyü tamamilə sıradan çıxıb, dörd sinif otağı yararsız hala düşüb. Hazırda məktəbdə təmir-bərpa işləri aparılır.

Diqqətə çatdırılıb ki, aprelin 27-dən 28-nə keçən gecə düşmənin artilleriya atəşləri nəticəsində rayon ərazisinə yüzlərlə mərmi düşüb, 194 ev ziyan görüb.

R.Məmmədov qeyd edib ki, erməni silahlı birləşmələri kəndləri əsasən gecələr atəşə tutur. İnsanlar öz evlərində rahat yaşaya bilmirlər. Ali Baş Komandanın bir çağırışı lazımdır ki, əli silah tutan hər bir kəs Vətənin müdafiəsinə qalxsın və Qarabağı işğaldan azad etsin.

Sonra xarici diplomatlar Mahrızlı kəndində Bakir Hüseynova məxsus dağılmış evə baxış keçirib, sakinlərlə görüşüblər. Kənd sakinləri səbirlərinin tükəndiyini bildirərək, beynəlxalq ictimaiyyətdən haqqın tərəfində olmağı istəyiblər.

Əfətli kəndinə də baş çəkən diplomatlara dağıntılar barədə məlumat verilərək bildirilib ki, aprelin 27-dən 28-nə keçən gecə ağır artilleriya atəşi nəticəsində kəndə ciddi ziyan dəyib. Kəndə 60-dək mərmi düşüb, 1 mülki şəxs yaralanıb, 3 ev dağılıb, 20 ev ziyan görüb. “Qara inək” fermer təsərrüfatı da düşmən artilleriyasının hədəfi olub. Təsərrüfatın ərazisinə çoxlu sayda mərminin düşməsi nəticəsində cins inəklər tələf olub və yaralanıb. Fermadakı sağım avadanlığına və tikililərə də ciddi ziyan dəyib.

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun jurnalistlərə müsahibəsində Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə təşkil olunan səfərin əhəmiyyətini yüksək qiymətləndirib: “Biz diplomatlar bu atışmanı, gerçəkləri anlamağa çalışırıq. Dünya ölkələrinin təmsilçilərinin buraya gəlib, gerçəkləri gözləri ilə görmələri çox əhəmiyyətlidir. Burda gördüklərimiz çox təsirlidir. Burdakı insanları dünyanın digər yerlərindəki insanlar kimi torpaqlarında xoşbəxt yaşamaq haqları var. Onların bu haqlarına hansı təcavüzlərin edildiyini gördük. Kiçik uşaqlardan evlərinə mərmi düşməsi səbəbindən qaçmaq məcburiyyətində qalmalarını onların dilindən eşitdik. Azərbaycan torpaqlarının ən qısa zamanda işğaldan azad edilməsini arzu edirəm”.

Əfqanıstanın ölkəmizdəki səfiri Mohammad Taqi Xalili isə deyib: “Əfqanıstan Azərbaycanın əsas tərəfdaşlarından biridir. Həmişə Azərbaycanın torpaqlarının işğalı ilə bağlı öz narazılığını ifadə edib. Bundan sonra da Azərbaycanı dəstəkləməyə davam edəcəyik”.

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev jurnalistlərə müsahibəsində bildirib ki, diplomatik nümayəndəliklərin rəhbərləri və hərbi attaşelərin daxil olduğu 80-ə yaxın nümayəndənin səfərinin məqsədlərindən biri də qoşunların təmas xətti boyunca mövcud vəziyyətin diplomatların təmsil etdikləri ölkələrə obyektiv çatdırılmasının təmin edilməsidir. Əminik ki, dünya ictimaiyyəti erməni vəhşiliyinə biganə qalmayacaq. Bu istiqamətdə fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik.

Xarici diplomatlar Tərtər və Ağdamda ermənilər tərəfindən atəşə tutulan kəndlərdə olublar [YENİLƏNİB] VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır

ADAU-da su israfının qarşısının alınması ilə bağlı tələbələrlə görüş olub

Neft bahalaşıb

Manaf Babayev: Poçt sektoru sürətli transformasiya mərhələsindədir

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Azərbaycan nefti 120,68 dollara satılır

Azərbaycan Prezidenti: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb

Ölkənin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında tatamiyə çıxır

Bakıda “PostEurop” Baş Assambleyası və Biznes Forumu işə başlayıb

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans işə başlayıb YENİLƏNƏCƏK

Kiyev raketlərlə vurulub, ölənlər var

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur

Qaxda “Şən Bazar” festivalı keçiriləcək

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

Bu gün Ümumdünya Layiqli Əmək Günüdür

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq