XARİCİ İŞLƏR NAZİRİ BÖYÜK BRİTANİYA SƏFİRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Martın 25-də Azərbaycanın xarici işlər naziri Vilayət Quliyev Böyük Britaniyanın ölkəmizdəki səfiri Endryu Takerlə görüşmüşdür.
Nazirliyin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə son günlər İraq ətrafında yaranmış vəziyyətlə əlaqədar fikir mübadiləsi aparılmışdır.
Səfir öz ölkəsinin bu məsələdə mövqeyini açıqlayaraq, əməliyyatların keçirilməsindən əsas məqsədin İraqın kütləvi qırğın silahlarının məhv edilməsi və bu ölkədə demokratik cəmiyyətin qurulması olduğunu bildirmişdir.
V.Quliyev İraqda aparılan əməliyyatların mümkün qədər qısa vaxt ərzində başa çatdırılacağına, mülki əhali ilə humanist rəftara və ölkə infrastrukturunun qorunub saxlanacağına ümid etdiyini bildirmişdir. Nazir İraqda hərbi əməliyyatlar başa çatdırıldıqdan sonra ölkəmizin humanitar sahədə səylərini əsirgəməyəcəyini də vurğulamışdır.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:53]
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
- 15.06.2026 [21:35]
Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb
- 15.06.2026 [18:01]
Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru
- 15.06.2026 [17:00]