XARİCİ İŞLƏR NAZİRİ FRANSA SƏFİRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Martın 22-də Azərbaycanın xarici işlər naziri Vilayət Quliyev Fransanın ölkəmizdəki səfiri xanım Şantal Puare ilə görüşmüşdür.
Nazirliyin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə nazir Vilayət Quliyev və səfir Şantal Puare son günlər İraq ətrafında yaranmış vəziyyətlə əlaqədar ətraflı fikir mübadiləsi aparmış və əməliyyatların mümkün qədər qısa bir zamanda başa çatacağına ümid etdiklərini bildirmişlər.
Səfir Şantal Puare öz ölkəsinin İraqla bağlı mövqeyini nazir Vilayət Quliyevin diqqətinə çatdıraraq, BMT-yə üzv olan dövlətlərin sülhün əldə olunması istiqamətində kollektiv səylərinin zəruriliyini bildirmiş, BMT çərçivəsində humanitar yardımların həyata keçirilməsinə ölkəsinin tərəfdar olduğunu qeyd etmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:53]
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
- 15.06.2026 [21:35]
Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb
- 15.06.2026 [18:01]
Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru
- 15.06.2026 [17:00]