XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ BRİFİNQ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, yanvarın 13-də Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov Çexiyanın paytaxtı Praqa şəhərində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Vardan Oskanyan arasında keçirilmiş növbəti görüşün nəticələri ilə əlaqədar brifinq keçirmişdir.
Araz Əzimov ATƏT-in Minsk qrupunun həmsədrləri və hər iki ölkə prezidentinin Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə xüsusi nümayəndələrinin iştirakı ilə baş tutmuş görüşü çox vacib hesab etdiyini və müzakirələr zamanı ətraflı fikir mübadiləsi aparıldığını diqqətə çatdırmış və demişdir ki, obyektiv xarakter daşıyan müzakirələr bilavasitə münaqişənin həlli ilə bağlı olmuşdur. Eyni zamanda tərəflərin mövqeləri arasında ziddiyyətlər də yaranmışdır.
Xarici işlər nazirinin müavini Praqada konkret nəticə əldə olunmadığını bildirsə də, bu müzakirələrin gələcəkdə müəyyən nəticə verəcəyinə ümidvarlığını dilə gətirmiş, Azərbaycanın prinsipial mövqeyinin münaqişənin sülh yolu ilə, beynəlxalq hüquq normaları və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi əsasında həllindən ibarət olduğunu bildirmişdir. O, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş torpaqlarında əhalinin süni şəkildə məskunlaşdırılmasını araşdırmaq üçün yaxın vaxtlarda ATƏT-in Minsk qrupunun fakt araşdırıcı missiyanın bölgəyə səfər edəcəyi barədə məlumat vermiş, jurnalistlərin suallarını cavablandırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]