XARİCİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT MƏRKƏZİ XƏBƏR VERİR
Fevralın 4-də Xarici İşlər Nazirliyində Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından çıxarılacaq təbii qazın Azərbaycan Respublikası və Gürcüstan ərazilərindən və bu ərazilərin hüdudlarından kənarda Cənubi Qafqaz boru kəməri sistemi vasitəsilə tranziti, nəql edilməsi və satışına dair Azərbaycan Respublikası ilə Gürcüstan arasında sazişin və ona əlavə sənədlərin ratifikasiyası barədə fərmanların mübadiləsi haqqında protokol imzalanmışdır.
Protokolu Azərbaycan Respublikası adından xarici işlər naziri Vilayət Quliyev və Gürcüstan adından bu ölkənin Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Zurab Qumberidze imzalamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [13:41]
Qızıla investisiya marağı artır, zərgərlik tələbatı azalır
- 04.06.2026 [13:40]
AZPROMO: Zərgərlik məhsullarının ixrac dəyəri artıb
- 04.06.2026 [13:08]
AKTA və UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb
- 04.06.2026 [13:05]
Azərbaycanın enerji diplomatiyası yeni mərhələyə qədəm qoyub – ŞƏRH
- 04.06.2026 [13:04]