Xarici ölkələrdə Özbəkistandan gedən 1,7 milyon əmək miqrantı çalışır
Daşkənd, 27 may, АZƏRTAC
Xarici ölkələrdə Özbəkistandan gedən 1,7 milyon əmək miqrantı çalışır.
AZƏRTAC Ali Məclisin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu haqda Ali Məclisin əmək və sosial məsələlər Komitəsinin iclasında məlumat verilib.
Bildirilib ki, özbək miqrantlar əsasən Rusiya və Qazaxıstanda işləyir. Rusiyada çalışan əcnəbilərin sayına görə özbək miqrantlar birinci yerdədir.
Deputatlar əmək miqrantlarının dəstəklənməsi üçün bir neçə təkliflə çıxış edib, miqrantların hüquqlarının qorunması üçün “Xarici əmək miqrasiyası” haqqında qanunun tezləşdirilməsinin vacibliyinə toxunublar.
Vurğulanıb ki, Rusiyada 1,193 milyon, Qazaxıstanda 209,3 min, Cənubi Koreyada 62,3 min, Türkiyədə 43,2 min, Birləşmiş Ərəb Əmirliklərində 5,2 min Özbəkistan vətəndaşı çalışır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [21:30]
Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb
- 12.10.2026 [20:31]
Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]