XARİCİ ÖLKƏLƏRDƏ TƏHSİL ALAN AZƏRBAYCANLI TƏLƏBƏLƏR ÖLKƏMİZİN UNİVERSİTETLƏRİNƏ KÖÇÜRÜLƏ BİLMƏZLƏR
Xaricdə təhsil alan azərbaycanlı tələbələr (dövlət xətti ilə xaricdə təhsil alan azərbaycanlı gənclər istisna olmaqla) ölkəmizin universitetlərinə köçürülə bilməzlər.
AZƏRTAC xəbər verir ki, bu barədə Təhsil Nazirliyi müvafiq qərar qəbul etmişdir. Təhsil Nazirliyi Aparatının rəhbəri İlham Pirməmmədov bildirmişdir ki, buna səbəb xarici ölkələrin ali məktəblərindən Azərbaycanın universitetlərinə köçürülən tələbələrin sənədlərində saxtalaşdırma hallarına yol verilməsi olmuşdur. Araşdırmalar zamanı müəyyənləşdirilmişdir ki, həmin tələbələrin əksəriyyəti Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul imtahanlarında iştirak etməmişdir.
Aparat rəhbəri demişdir ki, xarici ölkələrin ali təhsil müəssisələrini bitirən məzunlar diplomlarının ölkəmizdə tanınması üçün Təhsil Nazirliyinə müraciət edə bilərlər. Burada onların sənədləri araşdırıldıqdan sonra müvafiq qaydalara uyğun olaraq diplomları tanına bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]