Xerardo Martino Meksika milli komandasının baş məşqçisi təyin edilib
Bakı, 8 yanvar, AZƏRTAC
Argentinalı Xerardo Martino Meksika milli komandasının baş məşqçisi vəzifəsinə təyin edilib.
AZƏRTAC Meksika millisinin “Twitter” səhifəsinə istinadla xəbər verir ki, 56 yaşlı mütəxəssis bu vəzifədə meksikalı Xuan Karlos Osorionu əvəzləyib.
X.Martino Argentina, Paraqvay millilərinin və İspaniyanın “Barselona” klubunun baş məşqçisi olub. O, son iki il ərzində Amerika çempionatında “Atlanta Yunayted” klubunu çalışdırıb.
Xatırladaq ki, sabiq məşqçisi Xuan Karlos Osorionun rəhbərliyi ilə Meksika millisi 2018-ci ildə Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatında səkkizdəbir finala qədər irəliləyib. Komanda bu mərhələdə Braziliya millisinə 0:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:47]
DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR
- 09.06.2026 [17:16]
Mahir Emreli karyerasının ən çətin oyununu açıqlayıb
- 09.06.2026 [16:35]
“Turan Tovuz” kapitanı ilə vidalaşıb
- 09.06.2026 [16:19]
Azərbaycanı güləş üzrə dünya çempionatında iki hakim təmsil edəcək
- 09.06.2026 [15:58]