Xəstəxanada qeydə alınan ölüm faktı üzrə başlanmış cinayət işi məhkəməyə göndərilib
Bakı, 26 may, AZƏRTAC
Cari il yanvarın 12-də 1995-ci il təvəllüdlü Nəzrin Mansurlunun rinoplastika əməliyyatından sonra vəziyyətinin kəskin ağırlaşması səbəbindən yerləşdirildiyi xəstəxanada ölməsi faktı üzrə Nəsimi Rayon Prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Nəsimi Rayon Prokurorluğundan AZƏRTAC-a verilən məlumata görə, istintaqla həkim-otorinolarinqoloq Sənan Mehdiyevin yanvarın 3-də N. Mansurlunun üzərində rinoseptoplastika cərrahi-əməliyyatını qüsurlu icra etməsi səbəbindən sonuncunun ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında S.Mehdiyevə Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [14:08]
Vətən müharibəsi şəhidlərinin övladlarının konsertdə iştirakı təmin edilib
- 08.06.2026 [13:26]