Xətai rayonunda qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar tutulublar
Bakı, 25 may, AZƏRTAC
Xətai rayonunda qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirib ki, mayın 11-nə keçən gecə Babək prospektində yerləşən qəbiristanlıqdakı məzarlardan birinin üzərindən 700 manat dəyərində iki qranit güldan oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuş V.Quliyev və S.Səmədov Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]