XƏTTƏ EHTİYAT QATARLAR DA BURAXILACAQDIR
Yanvarın 20-də gücləndirilmiş rejimdə işləyəcək Bakı metrosunda ehtiyat qatarlardan da istifadə ediləcəkdir.
Metropolitenin rəisi Tağı Əhmədovun AZƏRTAC-a verdiyi məlumata görə, həmin gün qatarlar iş günlərinə aid cədvəl üzrə hərəkət edəcəklər. Sərnişinlərin sıxlığı nəzərə alınaraq, xəttə ehtiyat qatarlar da buraxılacaqdır.