Xəzər rayonunda iki oğru saxlanılıb
Bakı, 14 yanvar, AZƏRTAC
Paytaxtın Xəzər rayonunda silsilə oğurluq hadisələri baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, naməlum şəxs vətəndaşlardan birinin 2 ədəd noutbukunu, digər zərərçəkənin isə 300 manat dəyərində təmir-tikinti alətlərini oğurlayıb. Polis əməkdaşları əməli törətməkdə şübhəli bilinən 38 yaşlı U. Orucovu müəyyən edərək saxlayıblar.
Binə qəsəbəsində keçirilən tədbir nəticəsində isə satıcının alış-veriş edən digər müştərilərə diqqət yetirdiyini görüb, mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 48 yaşlı S.Mirzəyev saxlanılıb.
Hər iki fakt üzrə araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:17]
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar
- 03.10.2026 [18:17]
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb
- 03.10.2026 [17:01]
Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar
- 03.10.2026 [15:49]
DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb
- 03.10.2026 [15:02]
Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı
- 03.10.2026 [14:07]
Bakının bəzi yollarında sürət həddi endirilib
- 03.10.2026 [12:04]