Xəzər Universiteti ilə İran Mədəniyyət Mərkəzi arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Bakı, 10 fevral, AZƏRTAC
İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin yeni təyin edilmiş sədri Əli Purmərcan Xəzər Universitetinin rektoru İradə Xəlilova ilə görüşüb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, görüşdə əməkdaşlıq məsələləri müzakirə edilib. İradə Xəlilova qonağa Mədəniyyət Mərkəzi ilə görülmüş işlər barədə geniş məlumat verərək əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Ə.Purmərcan İran Mədəniyyət Mərkəzinin dəstəyi ilə hazırlanmış və yeni çapdan çıxmış Əbülqasim Firdovsinin ikicildlik “Şahnamə” əsərini hədiyyə edib. Qonaq, həmçinin Xəzər Universitetində fəaliyyət göstərən Mövlana Ədəbi Fəlsəfi Araşdırmalar Mərkəzi ilə tanış olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:27]
Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir
- 05.10.2026 [19:13]
NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub
- 05.10.2026 [18:21]
UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb
- 05.10.2026 [18:12]