ELM VƏ TƏHSİL
Xəzər Universitetində AMEC-in məzunları işəgötürmə proqramının təqdimatı olmuşdur
Bakı, 28 aprel (AZƏRTAC). AMEC mühəndislik şirkətinin insan resursları şöbəsinin bir qrup əməkdaşı Xəzər Universitetində mühəndislik və tətbiqi elmlər, iqtisadiyyat və menecment fakültələrinin tələbələri üçün şirkətin məzunları işəgötürmə proqramının təqdimatını keçirmişlər.
Xəzər Universitetindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə AMEC-in baş meneceri Peter Vard tələbələrə şirkətin fəaliyyəti və proqram barədə ətraflı məlumat vermiş, sualları cavablandırmışdır.
Sonra AMEC-in əməkdaşları universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı və rektor Con Rayderlə görüşmüş, tərəfləri maraqlandıran məsələləri müzakirə etmişlər.