XƏZƏR UNİVERSİTETİNDƏ “MƏHKƏMƏ ZALI” AÇILMIŞDIR
Bundan məqsəd bu ali təhsil ocağında hüquqşünas ixtisası üzrə təhsil alan tələbələri məhkəmə işinin təşkili ilə yaxından tanış etmək, həmçinin məhkəmə psixologiyasını mənimsətməkdir.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, tanınmış hüquqşünasların, Ədliyyə Nazirliyi əməkdaşlarının iştirak etdikləri açılış mərasimində üniversitetin rektoru, professor Hamlet İsaxanlı, Ədliyyə Nazirliyi yanında Elm və Tədris Mərkəzinin direktor müavini İlham Abbasov, Amerika Hüquqşünaslar Assosiasiyasının respublikamız üzrə direktoru Lin Sferaza və başqaları universitetdə həyata keçirilən layihələrdən, tələbələrin praktiki təcrübə qazanmasında “Məhkəmə zalı”nın əhəmiyyətindən söhbət açmış, yüksək ixtisaslı hüquqşünas kadrlar hazırlanacağına əmin olduqlarını vurğulamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]