Xızıda baş verən yanğında iki nəfər xəsarət alıb
Bakı, 27 fevral, AZƏRTAC
Xızı və Şəmkir rayonlarında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Xızı rayonunun Yarımca kəndində ümumi sahəsi 80 kvadratmetr olan birmərtəbəli dördotaqlı evin dam örtüyü yanıb. Yanğın zamanı iki nəfər xəsarət alıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Şəmkir rayonunun Dağ Cəyir kəndində isə ümumi sahəsi 90 kvadratmetr olan birmərtəbəli üçotaqlı evdə yanğın qeydə alınıb. Nəticədə ev yararsız vəziyyətə düşüb. Evin zirzəmisi yanğından mühafizə olunub, alovun qarşısı yanğınsöndürənlər tərəfindən alınıb.
Hər iki hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]