XOCALI SOYQIRIMININ 10-CU İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞDUR
Fevralın 23-də Üzeyir Hacıbəyovun ev muzeyində Xocalı faciəsinin 10-cu ildönümü münasibətilə tədbir keçirilmişdir.
Əvvəlcə Xocalı qırğını qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Ev muzeyinin direktoru Səadət Qarabağlı tədbiri açaraq, erməni faşistlərinin Xocalıda törətdikləri faciəni dünyada analoqu olmayan vəhşilik kimi səciyyələndirdi.
Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Məhəmməd Şükürov, Cəlil Məmmədquluzadənin ev muzeyinin direktoru Pərixanım Mahmudova, Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktor müavini Elmira Qasımova, Hüseyn Cavidin ev muzeyinin şöbə müdiri Amalya Rzaqızı və başqaları çıxış edərək, erməni quldurlarının və 366-cı alayın hərbcilərinin dinc əhalini qətlə yetirmələrini xalqımıza qarşı soyqırımı kimi qiymətləndirdilər, bu törətdikləri qanlı faciənin qisasının yerdə qalmayacağına, düşmən tapdağında qalmış torpaqlarımızın, nə yolla olur-olsun, azad ediləcəyinə inandıqlarını bildirdilər.
Xocalı şəhər mədəniyyət şöbəsinin əməkdaşı Hüseyn Məşədiyev xocalı şairlərinin bu faciəyə həsr etdikləri şerlərdən ibarət “Əsrin faciəsi”, “Xocalı soyqırımının qurbanları” kitablarının bir neçə nüsxəsini muzeyə hədiyyə etdi.
Axırda Xocalı şəhər 2 nömrəli musiqi məktəbi şagirdlərinin ifasında bədii kompozisiya göstərildi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [17:44]
Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb
- 07.08.2026 [17:30]
Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 07.08.2026 [17:26]
Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO
- 07.08.2026 [17:17]