Xorvatiya İqtisadiyyat Palatasının nümayəndəsi: 14 aparıcı şirkətimiz Azərbaycanda qeydiyyatdan keçib
Bakı, 12 mart, AZƏRTAC
Xorvatiyanın 14 aparıcı şirkəti Azərbaycanda fəaliyyət üçün qeydiyyatdan keçib. Onlardan 9-u hazırda enerji, nəqliyyat və digər sahələrdə fəaliyyət göstərir.
AZƏRTAC xəbər verir ki, bu barədə Xorvatiya İqtisadiyyat Palatasının nümayəndəsi, Biznesin Beynəlmiləlləşmə Mərkəzinin direktoru Silva Stipic Kobal martın 12-də Bakıda keçirilən Azərbaycan-Xorvatiya biznes forumunda çıxışı zamanı deyib.
“2017-ci ilin göstəriciləri ilə müqayisədə Azərbaycan və Xorvatiya arasında ticarət dövriyyəsi 4 dəfə artıb. Xorvatiyalı iş adamları Azərbaycanda enerji sektoru, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərirlər”, - deyə Silva Stipic Kobal vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:19]
Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb
- 12.06.2026 [16:58]