XORVATİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB STEPAN MESİÇƏ
Hörmətli cənab Prezident,
Xorvatiya Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Xorvatiya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı üçün qarşılıqlı səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Xorvatiya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
17 yanvar 2005-ci il.