Xorvatiyada Beynəlxalq Dəmir Yolu Modelləri Sərgisi açılıb
Bakı, 22 may, AZƏRTAC
Xorvatiyanın paytaxtı Zaqrebdə Beynəlxalq Dəmir Yolu Modelləri Sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, ticarət mərkəzinin sərgi meydançasında keçirilən tədbirdə Xorvatiya, Avstriya, Sloveniya, İtaliya və Macarıstandan olan iştirakçılar tərəfindən dəmir yollarının maketləri nümayiş etdirilib.
Dəmir yollarının və vağzalların maketlərinin nümayiş olunduğu sərgi böyük marağa səbəb olub.
Bir çox tarixi vağzalların və qatarların miniatür maketlərinin təqdim olunduğu sərgidə memarlıq detalları da yer alıb.
Sərgi çərçivəsində iştirakçılar üçün seminarlar da təşkil olunub.