Xorvatiyalı mütəxəssis Slaven Biliç Çin klubu ilə müqavilə imzalayıb
Bakı, 6 yanvar, AZƏRTAC
Futbol üzrə Xorvatiya millisinin və Türkiyənin “Beşiktaş” klubunun sabiq baş məşqçisi Slaven Biliçin yeni komandası müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, 53 yaşlı mütəxəssis karyerasını Çində davam etdirəcək. Xorvatiyalı baş məşqçi “Beytszin Qoan” klubu ilə ikiillik müqavilə imzalayıb.
S.Biliç son olaraq İngiltərənin “Vest Bromviç” klubuna rəhbərlik edib. O, dekabrın 26-da uğursuz nəticələrə görə istefaya göndərilib.
Qeyd edək ki, mütəxəssis daha əvvəl İngiltərədə “Vest Hem” və Rusiyada “Lokomotiv” (Moskva) komandalarının da baş məşqçisi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:28]
UNEC voleybol klubunun yeni baş məşqçisi bəlli olub
- 11.06.2026 [15:58]
Azərbaycan Badminton Federasiyası Ruandaya idman ləvazimatları göndərib
- 11.06.2026 [15:48]
İTV: Dünya çempionatının bütün oyunları Azərbaycanda canlı yayımlanacaq
- 11.06.2026 [15:12]
Azərbaycan millisinin hücumçusu Madriddə əməliyyat olunub
- 11.06.2026 [15:05]
Neymar Braziliya millisinin dünya çempionatındakı ilk oyununu buraxa bilər
- 11.06.2026 [14:46]
Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir
- 11.06.2026 [14:04]