XRİTDX ilə Rumıniyanın Kibertəhlükəsizlik Milli Kiberdirektorluğu arasında Anlaşma Memorandumu imzalanıb
Bakı, 27 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəisi general-leytenant İlqar Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti Rumıniyaya səfəri çərçivəsində bu ölkənin Kibertəhlükəsizlik Milli Kiberdirektorluğunun rəhbəri Dan Cimpean və digər rəsmilərlə görüşlər keçirib.
XRİTDX-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşlərdə gələcək mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Səfər zamanı XRİTDX-nin rəisi general-leytenant İlqar Musayev ilə Rumıniyanın Kibertəhlükəsizlik Milli Kiberdirektorluğunun rəhbəri Dan Cimpean tərəflərin CERT komandalarının birgə fəaliyyətinin gücləndirilməsi, kibertəhdidlərlə mübarizə, kibertəhlükəsizlik insidentləri barədə məlumat və təcrübə mübadiləsinin təşkili sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıblar.