Yakov Milatoviç Monteneqro Prezidenti səlahiyyətlərinin icrasına başlayıb
Podqoritsa, 21 may, AZƏRTAC
Monteneqronun yeni Prezidenti seçilən Yakov Milatoviç paytaxt Podqoritsada keçirilən andiçmə mərasimi ilə vəzifə səlahiyyətlərinin icrasına başlayıb.
AZƏRTAC xəbər verir ki, Y.Milatoviç parlamentindəki çıxışında bütün Monteneqro vətəndaşlarının prezidenti olacağını, vəzifəsini məsuliyyətlə və ədalətlə yerinə yetirəcəyini bildirib.
Andiçmə mərasimində region ölkələrinin dövlət və hökumət başçıları, eləcə də müxtəlif ölkələrin Balkan regionu üzrə xüsusi nümayəndələri də olmaqla 200 nəfər iştirak edib.
Xatırladaq ki, Monteneqroda aprelin 2-də keçirilən seçkilərin ikinci turunda sabiq iqtisadiyyat naziri, Avropa Hərəkatının sədr müavini 37 yaşlı Yakov Milatoviç seçicilərin 58,88 faizinin səsini toplayaraq ölkənin səkkizinci prezidenti seçilib. Monteneqroda prezidentin səlahiyyət müddəti 5 ildir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [16:50]
Məsud Pezeşkian: İran danışıqlar masasından geri çəkilməyib
- 08.06.2026 [16:36]
Britaniya dövlət borcunun artım tempinə görə dünyada ikinci yerdədir
- 08.06.2026 [16:14]
Avropa İttifaqı İrana qarşı yeni sanksiya tətbiq edib
- 08.06.2026 [16:02]
İraq hava məkanını uçuşlar üçün yenidən açıb
- 08.06.2026 [16:00]
Papa XIV Leo: Dünya dərin mənəvi və mədəni böhran yaşayır
- 08.06.2026 [15:58]
İran İsrailə qarşı hərbi əməliyyatların dayandırıldığını açıqlayıb
- 08.06.2026 [15:05]