YAMALDA NEFT-QAZ KONDENSATI YATAQLARINDAN BİRİNƏ ƏFSANƏVİ NEFTÇİ FƏRMAN SALMANOVUN ADI VERİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Yamaldakı neft-qaz kondensatı yataqlarından birinə əfsanəvi neftçi Fərman Salmanovun adı verilmişdir.
Ümumrusiya Azərbaycan Konqresi icra aparatının rəhbəri Eldar Quliyev demişdir ki, F.Salmanovun adı muxtar mahalın Qıdan yarımadasının şimal-qərbində yerləşən Tazovsk rayonundakı “Utrenneye” neft-qaz kondensatı yatağına verilmişdir. indi yataq "Salmanovskoye" adlanır.
Yamal-Nen Muxtar Mahalının qubernatoru Yuru Neylov bu yay Rusiyanın təbii sərvətlər nazirinə məktubla müraciət edərək, "Utrenneye" yatağının adının dəyişdirilib “Salmanovskoye” qoyulmasını xahiş etmişdir. Məktubda deyilir: “F.K.Salmanovun adını karbohidrogen yatağına verməklə, neft yataqları kəşf edən böyük geoloqa, Qərbi Sibirdə geoloji kəşfiyyatın təşkilatçısına, Yamal-Nen Muxtar Mahalının yanacaq-energetika kompleksinin təşəkkülü üçün çox işlər görmüş dünyaşöhrətli alimə öz ehtiramımızı ifadə etmiş olarıq".
Rusiya Federasiyası Təbii Ehtiyatlar Nazirliyi bu təklifi dəstəkləyərək, onun icrasını Yerin Təkindən İstifadə üzrə Federal Agentliyə tapşırmışdır.
Yaşasaydı əfsanəvi geoloq Fərman Salmanovun bu il 80 yaşı tamam olacaqdı. Ona görə də onun xatirəsinin əbədiləşdirilməsi faktı rəmzi və əhəmiyyətli hadisə kimi qəbul edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]