YANVAR FACİƏSİNİN İLDÖNÜMÜ AVROPA ÖLKƏLƏRİNDƏ DƏ QEYD EDİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, 20 Yanvar faciəsinin 16-cı ildönümü Avropada yaşayan azərbaycanlılar tərəfindən də qeyd olunacaqdır. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, həmin gün Avropanın müxtəlif şəhərlərində keçiriləcək mərasimlərdə 20 Yanvar qırğınını əks etdirən fotostendlər təşkil olunacaq, audio-video filmlər nümayiş etdiriləcəkdir. Ehsan süfrələri açılacaq, şəhidlərimizin ruhuna dualar oxunacaqdır.
Soydaşlarımız beynəlxalq təşkilatların Avropanın iri şəhərlərində yerləşən nümayəndəlikləri qarşısında dinc aksiyalar keçirəcəklər. Faciə ilə bağlı Avropa mətbuatında materiallar dərc olunacaqdır.