YANVAR FACİƏSİNİN İLDÖNÜMÜ QEYD EDİLİR
Nərimanov Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, 20 Yanvar ümumxalq hüzn günü ilə bağlı hazırlanmış plana əsasən, rayonun bütün təşkilat, idarə və müəssisələrində, tədris ocaqlarında keçirilən anma mərasimlərində xalqımıza qarşı törədilmiş bu ağır cinayətin səbəblərinin araşdırılması, ona siyasi-hüquqi qiymət verilməsi sahəsində ümummilli liderimiz Heydər Əliyevin xidmətləri xüsusi vurğulanmışdır.
20 Yanvar əlilləri və şəhid ailələrinin üzvləri ilə görüşdə onlara maddi yardımlar verilmiş, tədris müəssisələrində qəddar sovet ordusunun törətdiyi bu dəhşətli qırğının ifşasına həsr olunmuş dərslər, tematik gecələr təşkil edilmişdir.
Ümumxalq hüzn günü rayon ictimaiyyətinin nümayəndələri Şəhidlər xiyabanını ziyarət edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [19:20]
Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib
- 08.10.2026 [19:18]
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb
- 08.10.2026 [17:56]
Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL
- 08.10.2026 [17:43]
Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni
- 08.10.2026 [17:33]