Yanvar-iyun aylarında “Azərsu” ASC-nin “qaynar xətt”inə 4 min 125 müraciət daxil olmuşdur
Bakı, 17 iyul (AZƏRTAC). İlin birinci yarısında “Azərsu” ASC-nin “955” nömrəli “qaynar xətt”inə abunəçilər tərəfindən 4 min 125 müraciət daxil olmuşdur və zənglərin əksəriyyəti Bakı şəhərində yaşayan vətəndaşlar tərəfindən edilmişdir.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, müraciətlərin təqribən 47,5 faizi və ya 1959-u su xətlərindəki qəza ilə bağlı olmuşdur. İlin birinci yarısında “Azərsu” ASC-nin “qaynar xətt”inə içməli suyun verilməməsi ilə əlaqədar 1713, kanalizasiya sistemindəki tutulmalarla bağlı isə 415 zəng edilmişdir. Hesabat dövründə suyun tərkibi ilə bağlı abunəçilər tərəfindən cəmi 6 müraciət daxil olmuşdur. Müraciətlər Səhmdar Cəmiyyətin müvafiq bölmələri tərəfindən araşdırılmış və problemlər öz həllini tapmışdır.
Qeyd edək ki, bildirişlərin çatdırılması, sayğac problemləri və ödənişlərlə bağlı “qaynar xətt”ə edilən müraciətlər yerli sukanal idarə və departamentlərinə yönləndirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.05.2026 [18:37]
Sumqayıt Sənaye Parkının rezidentlərinin sayı 39-a çatıb
- 25.05.2026 [18:07]
Azərbaycanın pambıq iplik ixracı 2 dəfədən çox artıb
- 25.05.2026 [17:12]
Azərbaycanda duz istehsalı 28 faiz artıb
- 25.05.2026 [16:45]
Azərbaycanda qızıl və gümüş istehsalının həcmi açıqlanıb
- 25.05.2026 [15:58]
“PAŞA Bank” IPO üzrə abunə yazılışının müddətini uzadıb VİDEO
Bu saata olan əsas xəbərlər
- [20:00]
Düşənbədə su festivalı
- [19:57]
Kosmik hava proqnozu açıqlanıb
- [16:04]