YAP BƏRDƏ RAYON TƏŞKİLATININ VII KONFRANSI KEÇİRİLMİŞDİR
Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının VII konfransı keçirilmişdir.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, konfransda YAP siyasi şurasının üzvü, Milli Məclisin deputatı Səyavuş Novruzov, Milli Məclisin deputatı Mirkazım Kazımov, partiyanın Mərkəzi aparatının məsul işçisi, Araz Xudadanov iştirak etmişlər.
Konfransda hesabat dövründə görülən işlər barədə məruzə dinlənilmiş, qarşıda duran vəzifələrdən söhbət açılmışdır. Qeyd olunmuşdur ki, partiyanın ikinci qurultayının qərarlarının yerinə yetirilməsi sahəsində məqsədyönlü iş aparılmış, rayon təşkilatı daha da möhkəmlənmiş, ideyaca mətinləşmişdir. Hazırda 160 ilk partiya təşkilatında 5600 nəfərdən çox partiya üzvü var. Son bir ildə partiya sıralarına 1500 nəfər üzv qəbul olunmuşdur.
YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Səyavuş Novruzov, rayon icra hakimiyyətinin başçısı Elman Allahverdiyev və digər natiqlər partiyanın təşkilatlanması və nüfuzunun artmasında ümummilli liderimiz Heydər Əliyevin, onun siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti, YAP sədrinin birinci müavini İlham Əliyevin misilsiz xidmətlərini qeyd etmişlər.
Konfransda təşkilati məsələlərə baxılmış, İlham Ağayev partiyanın rayon təşkilatının sədri seçilmişdir.
Konfransın sonunda respublika Prezidenti, YAP sədrinin birinci müavini İlham Əliyevə müraciət qəbul olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]