YAP NÜMAYƏNDƏ HEYƏTİ CƏBHƏ BÖLGƏSİNDƏ ƏSGƏRLƏRLƏ GÖRÜŞMÜŞDÜR
Qonaqlar ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzmüş, görkəmli şəxsiyyətin xatirəsini ehtiramla yad etmiş, Heydər Əliyev muzeyi ilə tanış olmuşlar.
Həmin gün YAP nümayəndə heyəti 28 May – Respublika günü ilə əlaqədar Bərdədəki “N” saylı hərbi hissənin əsgərlər ilə görüşmüş, onlara bayram hədiyyələri paylamışdır.
Hərbi hissənin rəhbərləri, əsgərlər onlara göstərilən diqqət və qayğıya görə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə dərin minətdarlıqlarını bildirmişlər.