YAP nümayəndələri Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər
Bakı, 15 sentyabr, AZƏRTAC
Bakının daşnak-bolşevik işğalından azad edilməsinin 105-ci ildönümü münasibətilə sentyabrın 15-də Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər.
Partiyadan AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə tər güllər qoyulub.
Sonra YAP nümayəndələri Bakıdakı “Türk şəhidliyi” abidəsini ziyarət ediblər. Azərbaycanın istiqlaliyyəti uğrunda canlarından keçən, Azərbaycan-Türkiyə qardaşlığının əbədiliyini, sarsılmazlığını əks etdirən bu məzarlıqda uyuyan qəhrəman və fədakar türk qardaşlarımızın əziz xatirəsi anılıb, abidənin önünə gül dəstələri düzülüb.