YAP Qax rayon təşkilatının üzvləri ağacəkmə aksiyasına qoşulublar
Qax, 21 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 28-ci ildönümü münasibətilə partiyanın Qax rayon təşkilatı ağacəkmə aksiyası keçirib.
Təşkilatdan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, aksiya çərçivəsində şəhərin park və xiyabanlarında, yol kənarındakı boş ərazilərdə 100-dək həmişəyaşıl ağac və gül kolları əkilib, qurumuş ağaclar yeniləri ilə əvəz olunub. Yeni əkilən tinglərə aqrotexniki qaydada qulluq edilib.
Ekoloji mühitin sağlamlaşdırılmasına yönələn bu xeyirxah aksiyada partiyanın rayon təşkilatının üzvləri, həmçinin rayonun fəal gəncləri yaxından iştirak ediblər.