YAP Şamaxı rayon təşkilatının qadın üzvləri xeyirxah aksiyaya qoşulublar
Şamaxı, 17 aprel, AZƏRTAC
Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının qadınlar şurası gücləndirilmiş karantin rejimi şəraitində “Biz birlikdə güclüyük” çağırışı çərçivəsində təşkil olunan xeyirxah aksiyaya qoşulub.
YAP rayon təşkilatının qadınlar şurasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, şamaxılı qadınlar sosial izolyasiya şəraitində tənha ahıl insanlara və aztəminatlı ailələrə yardım kampaniyasında fəallıq göstərirlər. Şəhər, qəsəbə və kəndlərdə ilkin olaraq 21 şəxsə və ailəyə ərzaq yardımı olunub. Qadınlar şurasının fəalları ayrılan xüsusi avtomobillə yardımları evlərə aparıb, insanlarla maarifləndirici söhbətlər edib, onların qayğıları ilə maraqlanıblar.
Qeyd edək ki, qadınlar şurasının 4000 nəfərdən artıq üzvü var. Bu da YAP rayon təşkilatı üzvlərinin yarıdan çoxudur.