Yaponiya, ABŞ, Avstraliya və Hindistanın Xarici İşlər nazirləri Tokioda görüşəcəklər
Tokio, 20 sentyabr, AZƏRTAC
ABŞ-ın Dövlət katibi Mayk Pompeo gələn ayın əvvəllərində Yaponiya, Avstraliya və Hindistandan olan həmkarları ilə müzakirələr aparmaq üçün Tokioya gələcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya ictimai televiziyası hökumətdəki mənbələrə istinadla məlumat yayıb.
Xatırladaq ki, həmin dörd ölkənin Xarici İşlər nazirlərinin son görüşü ötən ilin sentyabrında Nyu-Yorkda keçirilib.
Oktyabrda baş tutacaq görüşdə tərəflərin Çinin dənizdə artan fəallığı və buna cavab olaraq bu ölkələrin Hind-Sakit okean regionunun qanunun aliliyi çərçivəsində azad və açıq saxlanılması istiqamətində birgə fəaliyyəti mövzusunda müzakirələr aparacağı gözlənilir.
Bununla yanaşı, M.Pompeonun Yaponiyanın yeni Baş Naziri Yoşihide Suqa ilə görüşünə hazırlıq işlərinin aparıldığı da bildirilir. Bu, Y.Suqanın hökumətə rəhbərliyə başladıqdan sonra yüksək səviyyəli əcnəbi məmurla ilk görüşü olacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]
BMT: Qara dəniz limanlarının blokadası ərzaq çatışmazlığına səbəb ola bilər
- 23.09.2026 [10:12]