Yaponiya Ayın mənimsənilməsi üzrə layihədə iştirak üçün 770 milyon dollar ayıracaq
Bakı, 21 sentyabr, AZƏRTAC
Yaponiya növbəti maliyyə ilində (2021-ci ilin aprelindən 2022-ci ilin martınadək) ABŞ-ın Ayın mənimsənilməsi üzrə layihəsində iştirak üçün 770 milyon dollar ayıracaq.
AZƏRTAC xarici saytlara istinadən xəbər verir ki, vəsaitlərin əsas hissəsini yeni pilotsuz yük gəmisinin yaradılmasına yatırmaq planlaşdırılır. O, 2009-cu ildən yüklərin Beynəlxalq Kosmik Stansiyaya çatdırılması üçün istifadə olunan mövcud “Kounotori” kosmik gəmisini əvəzləyəcək. Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinin (Japan Aerospace eXploration Agency - JAXA) 2021-ci maliyyə ili üçün ümumi büdcəsi rekord 2,6 milyard dollar təşkil edir.
2019-cu ildə Yaponiya ABŞ Kosmik Agentliyinin (NASA) Ay proqramına qoşulmaq barədə qərar qəbul edib. Yaponiya Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi və “NASA” arasında Yerin təbii süni peykinin tədqiqi sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]
BMT: Qara dəniz limanlarının blokadası ərzaq çatışmazlığına səbəb ola bilər
- 23.09.2026 [10:12]