Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yaponiya istehlak vergisini artırmağa hazırdırmı?

Yaponiya istehlak vergisini artırmağa hazırdırmı?

Tokio, 30 sentyabr, AZƏRTAC 

Oktyabrın 1-dən Yaponiyada istehlak vergisi 8 faizdən 10 faizə qaldırılacaq. Bəs Asiyanın inkişaf etmiş ölkəsi bu artıma hazırdırmı?

AZƏRTAC xəbər verir ki, həmin dəyişikliklə əlaqədar hökumət tərəfindən istehlakçıların yükünü azaltmaq istiqamətində atılan addımlara baxmayaraq, istehlak vergisinin artırılacağı ərəfədə, son istirahət günlərində mağazalara tələsən alıcıların sayı daha çox olub. Son məlumatlara görə, onlar əsasən zinət əşyalarına və məişət üçün məhsullara üstünlük veriblər. Göründüyü kimi, alıcılar istehlak vergisinin artırılması ilə əlaqədar heç olmasa yaxın müddət üçün ehtiyat görmək məcburiyyətindədirlər.

Ədalət naminə qeyd edək ki, əvvəlki artımlardan fərqli olaraq istehlakçılara yardım məqsədilə Yaponiya hökuməti ilk dəfə fərqli vergi sisteminin tətbiqinə razılıq verib. Yəni gündəlik tələbat malları olan ərzaq məhsullarına və içkilərə istehlak vergisinin səviyyəsi əvvəlki 8 faiz səviyyəsində saxlanılacaq. Spirtli içkilər, həmçinin ictimai iaşə obyektlərindəki yeməklər yeni 10 faizlik həddə daxil ediləcək. Bu sistem, yəni müxtəlif məhsullara fərqli istehlak vergisinin tətbiqi Yaponiyada ilk dəfə tətbiq ediləcək ki, bu da hökumətin istehlakçıların yükünü azaltmaq məqsədilə atdığı addımlar sırasına daxildir.

Digər tərəfdən Yaponiyanın Baş Naziri Şinzo Abenin təklifi əsasında istehlak vergisi qaldırıldıqdan sonra nağdsız ödənişlərdən istifadə edən alıcılara həmin verginin 5 faizinin toplanmış xallar şəkilində qaytarılması nəzərdə tutulur.

Ş.Abe bu ideyanı vergilərin qaldırılmasından sonra istehlak xərclərinin amortizasiyasını azaltmaq çərçivəsində hökumətin həyata keçirmək istədiyi tədbirlərlə əlaqədar olaraq irəli sürüb.

Baş Nazir bildirib ki, 5 faiz geri ödəniş proqramı 9 ay - bu ilin oktyabrından 2020-ci ilin iyununadək davam edəcək. Xatırladaq ki, bundan bir qədər sonra Tokioda Olimpiya və Paralimpiya Oyunları keçiriləcək.

Lakin istehlak vergisinin fərqli sisteminin tətbiqi pərakəndə satış obyektləri üçün əlavə problemlər yaradır. Belə ki, bəzi supermarketlər və restoranlar kassa aparatlarını, digər sistemləri yeniləri ilə əvəz etmək üçün bir müddət obyektləri bağlamağa məcbur olacaqlar.

Bəs iqtisadi qüdrəti ilə dünyanın aparıcı ölkələri sırasında kifayət qədər yüksək pillədə qərarlaşan Yaponiya kimi dövlətin istehlak vergisini artırmasının səbəbi nədir? Hökumətin bununla əlaqədar gətirdiyi əsaslar içərisində əhalinin sürətlə qocalması ilə əlaqədar sosial xərclərin çoxalması və dövlət borcunun həcminin artması göstərilir. Bununla əlaqədar İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) Yaponiyaya maliyyə sabitliyinin qorunması və dövlət borcunun azaldılması üçün istehlak vergisinin dərəcəsini artırmağı məsləhət görüb.

Təşkilatın hesabatında qeyd edilir ki, Yaponiyada yetərli büdcə profisitinə yalnız istehlak vergisinin artırılması yolu ilə nail olmaq mümkündür. Bunun üçün istehlak vergisinin dərəcəsini 20-26 faizə çatdırmaq lazımdır. Yeri gəlmişkən qeyd edək ki, bu, OECD üzrə 19 faizlik orta göstəricidən yuxarıdır.

OECD-nin ekspertləri hesab edirlər ki, Yaponiya işçi qüvvəsinin çatışmaması və vətəndaşların sürətlə qocalması səbəbindən böyük problemlərlə qarşılaşır. Ona görə də dövlət xəzinəsinə daxilolmaların sabitliyini əsas etibarilə yığımların səviyyəsini artırmaqla saxlamaq mümkündür. Bununla belə, hazırda Yaponiyada istehlak vergisinin dərəcəsi OECD-yə üzv ölkələr arasında ən aşağıdır, dövlət borcunun (təqribən 10 trilyon dollar) səviyyəsi isə ümumi daxili məhsuldan əhəmiyyətli dərəcədə yüksəkdir.

Digər tərəfdən təşkilat Yaponiyanın əcnəbi işçilərin işə qəbulunun artırılması ilə əlaqədar qərarını da yüksək qiymətləndirib. Bununla əlaqədar qəbul edilmiş qanuna görə, Yaponiya yaxın 5 ildə əsasən Şərqi Asiyanın qonşuluqda yerləşən ölkələrindən ümumilikdə 345 min əcnəbi işçi qəbul etməyi planlaşdırır.

Hökumət tərəfindən atılan addımlara baxmayaraq, mütəxəssislərin qənaətinə görə, oktyabrın 1-də istehlak vergisinin artırılması ölkədə işgüzar əhval-ruhiyyəyə mənfi təsir göstərəcək. Bu addım həm istehsal, həm də qeyri-istehsal sahələrində zəifləməyə səbəb olacaq. Bu zaman onlar buna səbəb kimi bir tərəfdən ABŞ ilə Çin arasında ticarət müharibəsini, digər tərəfdən isə istehlak vergisinin artırılmasını göstərirlər.

Yaponiya Bankının rüblük sorğusuna cavab verən fərdi sektorun 10 min müəssisəsinin analitiklərinin proqnozları da ümidverici deyil. Bütün analitiklər böyük istehsalçılar üçün aparıcı Tankan indeksinin düşəcəyini bildirirlər. İyunda qeydə alınan 7 bal müsbətlə müqayisədə, proqnozların mənfi 2 ballıq göstəricidən müsbət 4 baladək dəyişiləcəyi ehtimal olunur. Bu zaman müsbət proqnoz iqtisadi əhval-ruhiyyədə optimizmin göstəricisidir.

Göründüyü kimi, Yaponiyada istehlak vergisinin arıtırlması, yalnız istehlakçılara deyil, eyni zamanda, ilk növbədə pərakəndə satış, otellər və restoranlar daxil olmaqla xidmətlər sferasında igüzar əhval-ruhiyyəyə də mənfi təsir göstərəcək.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las Veqas-da keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır

Ağdam rayonunun Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinə Ayköl Manasın adının verilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib

BMT-nin Baş katibi ABŞ-İran müharibəsinə və onun qlobal ticarətə vurduğu zərərə son qoymağa çağırıb

Kimya İnstitutunda alternativ enerji və yaşıl kimya istiqamətində tədqiqatlar aparılır

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir

Səməd Vurğunun oğlu: Sonra anam balışının altından tapança tapdı…

İqtisadi Zonaların İnkişafı Agentliyi Adana Hacı Sabancı Organize Sənaye Zonası ilə memorandum imzalayıb

Azərbaycan Kubokunda yeni mövsümə start verilir

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb

Cənubi Koreya “Nuri” raketinin 5-ci buraxılışında 15 peylki orbitə göndərib

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

“E-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir

Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır

ADAU-da su israfının qarşısının alınması ilə bağlı tələbələrlə görüş olub

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Manaf Babayev: Poçt sektoru sürətli transformasiya mərhələsindədir

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan Prezidenti: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb

Ölkənin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında tatamiyə çıxır

Bakıda “PostEurop” Baş Assambleyası və Biznes Forumu işə başlayıb

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans işə başlayıb YENİLƏNƏCƏK

Kiyev raketlərlə vurulub, ölənlər var

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur VİDEO

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur VİDEO

Qaxda “Şən Bazar” festivalı keçiriləcək

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

Bu gün Ümumdünya Layiqli Əmək Günüdür

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib