Yaponiya Liberal Demokratik Partiyasında Şinzo Abenin varisi olmaq üçün iddialar artır
Tokio, 14 iyun, AZƏRTAC
Yaponiyanın hakim Liberal Demokratik Partiyasının (LDP) üzvləri arasında Şinzo Abenin varisi olmaq üçün iddialar artır. LDP-nin bir sıra rəhbərləri artıq özlərini partiyanın gələcək lideri kimi aparırlar.
AZƏRTAC xəbər verir ki, bu barədə iyunun 14-də NHK telekanalı məlumat yayıb. Bildirilir ki, LDP-nin Siyasi Şurasının rəhbəri Fumio Kişida və partiyanın keçmiş baş katibi Siqeru İşiba Baş Nazir Şinzo Abenin mümkün varisi kimi qəbul edilirlər.
Qeyd edilir ki, F.Kişida bu yaxınlarda partiyanın yeni strateji operativ qrupunun rəhbəri olub. Bu qrup ölkənin gələcək xarici siyasət strategiyasının və postkoronavirus dünyasında ölkənin inkişaf konsepsiyasını hazırlamaq məqsədilə yaradılıb. Həmin qrupun iyunun 11-də keçirilən iclasında təqribən 70 nəfər iştirak edib.
Bununla yanaşı, S.İşiba da iyunun 8-də LDP-nin baş katibi Nikai Toşihiro ilə görüşüb. S.İşiba N.Toşihirodan ona məxsus partiya fraksiyasının sentyabrda keçiriləcək iclasında çıxış etməsini xahiş edib. N.Toşihiro onun bu təklifini qəbul edib.
N.Toşihiro S.İşibanı partiyanın yeni ulduzlarından biri hesab edir və ümid etdiyini bildirib ki, o, gələcəkdə daha yüksək vəzifə tuta bilər.
Ş.Abenin LDP-nin lideri vəzifəsində qalma dövrü sona yaxınlaşdığına görə, partiyanın yeni lideri vəzifəsi uğrunda mübarizə getdikcə gərginləşir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]