Yaponiya Maliyyə Nazirliyi torpaq əməliyyatı ilə bağlı sənədlərdə düzəlişlər aparıldığını etiraf edib
Tokio, 12 mart, AZƏRTAC
Martın 12-də Yaponiya Maliyyə Nazirliyi dövlət torpaq sahəsinin mübahisəli satışı ilə bağlı sənədlərdə düzəlişlər aparıldığını etiraf edib.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, Osaka prefekturasında Moritomo Qakuen özəl məktəb üçün məlum operatora satılan dövlət torpaq sahəsi ilə bağlı qalmaqal hələ də davam edir.
Xatırladaq ki, 2016-cı ildə aparılan əməliyyat zamanı torpaq sahəsi bazar qiymətlərinin yalnız müəyyən bir hissəsi müqabilində həmin operatora satılıb. Əməliyyatın məktəbin operatorunun Baş nazir Şinzo Abenin xanımı ilə tanış olması nəticəsində baş tutduğu bildirilir. Məsələ ilə əlaqədar ötən il qalmaqal baş verən zaman Maliyyə Nazirliyi həmin əməliyyatla bağlı sənədləri parlamentin müzakirəsinə təqdim edib. Bundan sonra nazirlik tərəfindən həmin əməliyyatla əlaqəli əməkdaşlar dindirilərkən sənədlərdə düzəlişlər aparıldığı təsdiq olunub.
Hazırda Yaponiyanın altı müxalifət partiyası bunun məsuliyyətini öz üzərinə götürməli olan Baş nazirin müavini, maliyyə naziri Taro Asonun istefasını tələb etməyə hazırlaşır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]