Yaponiya millisinin bombardiri karyerasını başa vuracağını açıqlayıb
Bakı, 26 fevral, AZƏRTAC
Futbol üzrə Yaponiya millisinin bombardiri Şinji Okazaki mövsümün sonunda karyerasını başa vuracaq.
AZƏRTAC xəbər verir ki, bu barədə 37 yaşlı hücumçunun özü açıqlama verib.
Onun sözlərinə görə, bu qərarı qəbul etməsinə səbəb aldığı zədələr olub: “Futbola hər şeyimi vermişəm. Amma bir idmançı olaraq bədəninizin sizə nə dediyini dinləməlisiniz. Bu gün daha çox zədələrlə mübarizə aparıram. Qalan həftələrdə bərpa üçün əlimdən gələni edəcəyəm ki, komandama töhfə verə bilim və futbolla meydanda vidalaşım. Buna qədər isə bütün diqqətimi futbola yönəldəcəyəm”.
Qeyd edək ki, Şinji Okazaki 2016-cı ildə "Lester"in heyətində İngiltərə Premyer Liqasının qalibi olub. O, Yaponiya millisinin heyətində 119 oyun keçirib, 50 qol vurub. Forvard hazırda Belçikanın “Sint-Tröyden” klubunun formasını geyinir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [23:03]
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]