Yaponiya parlamenti 2019-cu maliyyə ili üçün dövlət büdcəsini təsdiq edib
Tokio, 29 mart, AZƏRTAC
Yaponiya parlamenti 2019-cu maliyyə ili üçün rekord məbləğdə dövlət büdcəsi barədə qanun layihəsini təsdiq edib.
AZƏRTAC xəbər verir ki, deputatlar aprelin 1-də başlayacaq növbəti maliyyə ili üçün ümumilikdə 101 trilyon yen (təqribən 917 milyard dollar) məbləğində xərcləri təsdiqləyiblər.
Parlamentin yuxarı palatasının deputatları büdcə layihəsini böyük səs çoxluğu ilə qəbul ediblər.
Qanun layihəsinin mərkəzi elementini 18 milyard dollar məbləğində iqtisadi stimullar paketinin təşkil etdiyi bildirilir. Hökumət hesab edir ki, bu, oktyabrda tətbiqi planlaşdırılan istehlak vergisinin artımı ilə bağlı yarana biləcək təsirləri yumşaltmağa xidmət edəcək.
Büdcədə sosial təminat xərcləri üçün 310 milyard dollar vəsaitin ayrılması nəzərdə tutulur ki, bu da yapon cəmiyyətinin sürətlə qocaldığını bir daha təsdiq edir.
Müdafiə üçün nəzərdə tutulan xərclərin məbləği də yeni raketdən müdafiə sistemlərinin alınması ilə əlaqədar rekord məbləğə çatıb.
Büdcədə yaranacaq kəsirləri ödəmək üçün isə 300 milyard dollar məbləğində dövlət istiqrazlarının buraxılması planlaşdırılır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]