Yaponiya parlamenti 2021-ci maliyyə ili üzrə dövlət büdcəsini təsdiqləyib
Tokio, 27 mart, AZƏRTAC
Yaponiya parlamentinin deputatları aprelin 1-də başlayacaq növbəti maliyyə ili üzrə rekord miqdarda - 106 trilyon yen (təqribən 1 trilyon dollar) məbləğində dövlət büdcəsini təsdiqləyib.
AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, növbəti maliyyə ili üzrə dövlət büdcəsinin layihəsi parlamentin yuxarı palatasında martın 26-da təsdiqlənib. Bildirilir ki, büdcə üzrə maddələrdə koronavirus pandemiyasına qarşı mübarizə, rəqəmsal transformasiyaya yardım və karbon qazı ilə əlaqədar neytrallıq istiqamətində tədbirlər əksini tapıb.
Qeyd edilir ki, ümumi məbləğin üçdəbiri və ya 330 milyard dollar yaşlı nəslin nümayəndələrinin sayının artması ilə əlaqədar sosial təminat xərcləri üçün nəzərdə tutulur. Bu, əvvəlki maliyyə ili ilə müqayisədə təqribən 1,4 milyard dollar çoxdur.
Yeni maliyyə ilində müdafiə xərclərinin artırılması da nəzərdə tutulur. Bu məqsədlə büdcədən 49 milyard dollar vəsaitin ayrılması planlaşdırılır.
Növbəti maliyyə ilində korporasiyaların gəlirlərinin azalması ilə əlaqədar hökumət vergilərdən gələcək gəlirlərin azalacağını da proqnozlaşdırır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [11:00]
Krasnodar hava limanında 34 reys təxirə salınıb
- 11.06.2026 [10:56]
SEPAH Yaxın Şərqdəki bəzi hədəflərə zərbə endirdiyini açıqlayıb
- 11.06.2026 [10:53]
SEPAH Hörmüz boğazından keçən iki gəmini vurub
- 11.06.2026 [10:36]
Uqandada Ebola təhlükəsi azalır: yeni yoluxma qeydə alınmayıb
- 11.06.2026 [10:25]
Küveyt hava məkanını yenidən açıb
- 11.06.2026 [06:21]
Finlandiya 15 yaşdan aşağılar üçün sosial media qadağasını nəzərdən keçirir
- 11.06.2026 [05:49]
Çində partlayış nəticəsində 7 nəfər ölüb
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]
Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib
- 10.06.2026 [18:17]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [18:15]
Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan
- 10.06.2026 [18:14]