Yaponiya parlamentinin yuxarı palatası onlayn müzakirələrin mümkünlüyünü araşdırır
Tokio, 23 avqust, AZƏRTAC
Yaponiya parlamentinin yuxarı palatası müzakirələrin onlayn formatda aparılması imkanlarını araşdırır.
AZƏRTAC xəbər verir ki, yuxarı palatanın son iclasları zamanı koronavirus pandemiyasına görə, deputatlar müzakirələri əsas zalda, sosial məsafəni saxlamaq üçün bir-birindən aralı oturaraq aparıblar. Buna baxmayaraq, pandemiyanın yayılmasının qarşısını almaq üçün əlavə tədbirlərə ehtiyac olduğu da bildirilir. Belə ki, plenar iclasların onlayn formatda keçirilməsi təklif edilir.
Bu məqsədlə artıq həmin formatın tətbiq olunduğu Böyük Britaniya və İspaniya parlamentlərinin təcrübəsinin öyrənilməsi qərara alınıb. Həmin ölkələrin parlamentlərində müzakirələr və səsvermə artıq onlayn formatda keçirilir.
Bununla yanaşı, onlayn müzakirələrin təşkilinin qanunauyğunluğu da araşdırılır. Belə ki, Yaponiya Konstitusiyasına əsasən parlamentin həm yuxarı, həm də aşağı palatalarında plenar iclaslar yalnız deputatların üçdə ikisi qatıldığı halda keçirilə bilər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]